Şarkı Sözleri: Ayaz Babayev x Hiss – Deyilənlər

[Bənd 1]

Dərdləri gətir, udum

Mənim simam, ürəyim nədir, odur

Dərdləşməyə yox ehtiyacım

Özümlə tək söhbətim tutur

Həyat, əllərin həmişə yaxamda

Dost-ətraf, hər işə baxan var

Üstünə şans yağışı yağanda

Başımızın üstünə çətir tutur

İnsan qaçsa da hər şeydən bir ara

Dünya bir verər, amma min alar

Əgər olsan güclü

Bax onda gizlidir, görünməz ki yaralar

Sadəcə səbir elə, bitsin

İçində hər biri itsin

Səni yorursa ətrafdakılar

O zaman hər şeyi rədd elə, getsin

[Nəqərat]

Mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?

Mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik

Mənim üçün deyirlər hərdən: “Həyatı bürünüb yuxuların içinə”

Bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm

[Bənd 2]

Danışıram hər zaman düzün

Uğuruma sevin, ya sadəcə üzül

Məni buralara dartmadı heç kim

Etdiyim hər şeyin sahibi özüm

Bu, hələ harası, çox daha var

Mənim sənətimin dəyəri, bil, çox baha lap

Daha etmirəm mən heç nəyə təəccüb

Yağdı güvəndiyim çox dağa qar

Keçirəm tikanlı yollardan mən

“Okay”, siz öndə və sonlardan mən

Nə qədər var dartan ayaqdan

Savaşıram hələ də mən onlarla tək

Var cəsarət gözünüzə baxıb

Danışın, deyin öz-özünüzə nağıl

Bitməyiniz tək sözümüzə baxır

Cavab verin, hansı üzünüzə baxım?!

[Nəqərat]

Mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?

Mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik

Mənim üçün deyirlər hərdən: “Həyatı bürünüb yuxuların içinə”

Bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm

Mənim üçün deyilənlərdən yoxmu bir az daha yandıran içimi?

Mənim üçün deyinənlər var, it hürsün, eybi yox, yolumuzu keçirik

Mənim üçün deyirlər hərdən: “Həyatı bürünüb yuxuların içinə”

Bu, mənim üçün deyil əylənmək, oturub zirvədə uğuruma içirəm

Comments

Popular posts from this blog

Şarkı Sözleri: Rubar Amed (Feat Hêvinka) Bêzari

HİRAİZERDÜŞ - KURBAN OLURUM ŞARKI SÖZLERİ

SİBEL ÖCAL - EGE'YE GİDELİM ŞARKI SÖZLERİ