Şarkı Sözleri: Hiss, Rafo, Elçin Cəfərov - Sınıq Pəncərə

 Şarkı Sözleri: Hiss, Rafo, Elçin Cəfərov - Sınıq Pəncərə


Bu dünya həqiqətən 3 günlük

Baş verir hər şey bir göz qırpımında

İnsan müvəqqəti köçkündür

Doğulursan yaşayırsan və çırpınırsan 


Mən bilirəm bu dünyanın qaydasını

Amma pozdum o qaydaları əvvəldən

Gördüm hər şeyin ən zirvəsini

İndi də baxıram sizə göylərdən 


Məndən nigaran qalmayın yaxşıyam

Yaşadım bu həyatı dolu dolu

Etdiyim heç nədən inanın peşman deyiləm

Güləndə keçir dərdiniz buna əmin olun 


Unudulunca insanlar ölər bilin

O zaman köçüb gedirlər onlar aranızdan

Xatirələr nə qədər ki yaşadar məni

Yaşayacam aranızda


Bu dünya həqiqətən qəribədi

Gəl indi mürəkkəbin ortasında adi qal

Gedincə saxlamışam özümdən bir xatirə

Qalsın bir ömürlük məndən sizə yadigar 


Yazıram bu məktubu o dünyadan

Yazıram oxuyun siz onu şən hisslərlə

Bilin ki rahatam yenə ən sevdiklərimi

Əmanət eləyib getmişəm əzizlərimə 


Bu ömrü ən gözəl yaşadım hər an

Hər qəlbdə faydalı bir iş qoyub getdim

Düşünərkən məni üzülməyin heç vaxt çün

Nə qədər üzlərdə gülüş qoyub getdim 


Gülməyi öyrəndik bir yerdə lakin

Ən dərin yaraları dost bilir

Məni xatırlayın həmişə təbəsümlə

Xatırlayın hamıya dost kimi



Bu həyat sınıq bir pəncərədir

Açılan başqa bir dünyadan

Ona görə yaxşı adamlar tez

Köçür elə sən demə dünyadan

Yaşadar səni xoş xatirələr 

Düşərsən hər bir gün yada

Bir gün əlbət görüşəcəyik

Səninlə başqa bir dünyada

Comments

Popular posts from this blog

Şarkı Sözleri: Rubar Amed (Feat Hêvinka) Bêzari

HİRAİZERDÜŞ - KURBAN OLURUM ŞARKI SÖZLERİ

SİBEL ÖCAL - EGE'YE GİDELİM ŞARKI SÖZLERİ