Şöhret Memmedov - Vaxtında Gəlməmişəm Şarkı Sözleri
Şöhret Memmedov - Vaxtında Gəlməmişəm Şarkı Sözleri
Söz: Şöhrət Məmmədov
Musiqi: Şöhrət Məmmədov
Aranjiman: Şöhrət Məmmədov
Gözün aydın, qarşındayam,
Yaşayıram, ölməmişəm.
Hələ də bu can sağdı ruhumla,
Daşıyıram, ölməmişəm.
Başqa dünyanın şahının
Taxtında gülməmişəm.
Ya sən tələsmisən, ya mən,
Vaxtında gəlməmişəm.
Bari gəlsin ətri küləkdən,
Borc alıram hər gün fələkdən.
Sənə uydurduğu hər kələkdən,
Uydunmu?
Nə qədər vuruldum kürəkdən,
Puç olmuş arzudan, diləkdən.
Son dəfə də bağırdım ürəkdən,
Duydunmu?
Addım-addım izlədim kölgəni,
Axır tərk edəcəm bu ölkəni.
Mən olmayanda yerimə özgəni
Qoydunmu?
Dərdi necə böyütdü bu körpəni…
Nə badə mənə demə: “unudum səni.”
Yedim ömrümü, bitirdin axı məni,
Doydunmu?
Yorumlar
Yorum Gönder